Autizm Portalı bp və tərəfdaşları Birgə və Sağlam İctimai Birliyi ilə birlikdə həyata keçirdiyi “Autizm spektr pozuntusu olan şəxslərə dəstək” adlı sosial layihə çərçivəsində hazırlanmışdır. Layihənin əsas məqsədi autizm sahəsində beynəlxalq təcrübənin və standartların Azərbaycana gətirilməsindən ibarətdir. Autizmli uşaqların həyat keyfiyyətinin artırılaraq onların cəmiyyətə,təhsil, peşə və ailə həyatlarına inteqrasiyasını sürətləndirmək məqsədi ilə həyata keçirilən bu layihənin əsas istiqamətləri;
Autizm sahəsində beynəlxalq səviyyədə bilinən standartların və müdaxilə metodlarının Azərbaycana transferi, autizmli uşaqlarla işləyəcək 55 mütəxəssisin beynəlxalq ekspertlərin iştirakı və beynəlxalq proqramlara uyğun olaraq hazırlığı, Autizm Portalının hazırlanması, Autizm sahəsində istifadə olunacaq vəsaitin hazırlanaraq çap edilməsindən ibarətdir. Layihənin mühim tərkib hissələrindənbiri olan Autizm Portalının əsas məqsədi isə bu sahədə fəaliyyət göstərən mütəxəssislərəvə autizmli övlada sahib valideynlərə dəstək olmaq, onların bilik və bacarıqlarının artmasına köməklik göstərməkdir. Portal eyni zamanda başda auitzmli olmaqla, daun sondromlu, ümumi inkişaf geriliyi diaqnozu qoyulan uşaqlara sahib ailələrə övladlarının əsas dil və öyrənmə bacarıqlarını öz evlərində inkişaf etdirmə fürsəti təklif edir. Belə uşaqlara sahib ailələrin tez tez soruşduqları suallardan biri hardan başlamalıyam sualıdır. Müəyyən səbəblərdən təlim və reabilitasiya imkanları əldəedəbilməyən ailələr portal vasitəsi ilə ən düzgün cavabı tapacaqlar.
Bu portal, ailələrə mürəkkəb təlim sisteminin sadələşdirilmiş versiyasını təqdim edir. Bununla yanaşı övladı yeni autizm diqanozu alan və yadanışıqla əlaqədar müəyyən çətinliyi olan fərdlərə faydalı məlumatlar təmin etməkdədir.Praktik və asan istifadə oluna bilən Autizm Portalında yer alan məlumatlar ümumilikdə bu sahədə Azərbaycan dilində məhdud olan resursların daha rahat əldəedilməsinə imkan verəcəkdir. Portalın autizm haqqındakı hissəsində “Autizm nədir?”sualına cavab verilməklə bərabər müxtəlif video materiallar və yazılı məlumatlar vasitəsi ilə istifadəçilərə bu istiqamətdə ətraflı informasiyalar verilməkdədir. Təlim proqramları hissəsin dəyer alan materiallar isə autizmli uşaqlara müəyyən bacarıqların daha praktik şəkildə öyrədilməsinə dəstək olacaqdır. 10 proqramdan ibarət olan bu materialların əsas üstünlüyü isə görüntülü və yazılı məlumatların eyni zamanda təqdim olmasındanibarətdir. Bu hissədəki proqramlar aşağıdakı mövzuları əhatə edəcəkdir.
Bundanbaşqa, Azercell şirkətinin maliyyə dəstəyi ilə “Birgə və Sağlam” İctimaiBirliyi tərəfindən “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” Layihəsi çərçivəsində isə portlının məzmunu zənginləşdirildi, istifadəçilərin məlumatlara rahat çıxışını təmin etmək üçün portalın funksional imkanları artırıldı, həmçinin dayanıqlı fəaliyyət göstərməsi üçün texniki parametlər üzrə təkmilləşdirmə işlərigörüldü. “USAID" və “The Black Sea Trust for Regional Cooperation" qurumlarının maliyyə və təşkilati dəstəyi ilə “Hər Kəs Üçün BərabərTəhsil Hüquqları” Layihəsi çərçivəsində də portalda təkmilləşmə işləriaparılmışdır.
Proqram 1: Uşaqlara onların ehtiyac hissetdikləri bacarıqları öyrətmək üçün hazırlanın
Proqram 2: Uşaqlara istək bildirməyi öyrətmək
Proqram 3: Uşaqlara adına reaksiya verməyivə sadə təlimatları yerinə yetirməyi öyrətmək
Proqram 4: Uşaqlara ətrafındakı əşyaları tanımağı öyrətmək
Proqram 5: Uşaqlara insanların hərəkətlərinitəqlid etməyi öyrətmək
Proqram 6: Uşaqlara eyni əşyaları eyniləşdirməyivə sinifləndirməyi öyrətmək
Proqram 7: Uşaqlara üz hərəkətlərini, üzifadələrini və sözləri təqlid etməyi öyrətmək
Proqram 8: Uşaqlara əşyaların adlarını öyrətmək
Proqram 9: Uşaqlara sadə suallara cavabverməyi öyrətmək
Proqram 10: Uşaqlara tualet bacarıqlarınıöyrətmək
Portalın “Tez-Tez Soruşulan Suallar” bölməsində isə autizm sahəsində işləyən mütəxəssisləri və uşaqların ailələrini maraqlandıran əsas suallar qeyd olunmaqla bərabər, hazırlanan sorğu forması vasitəsi ilə də autizm sahəsində müxtəlif suallara aydınlıq gətirilməsiplanlanmaqdadır. Faydalı vəsaitlər hissəsində isə, Azərbaycan dilində hazırlanmış kitablar təqdim olunmaqdadır. Daimi olaraq yenilənməsi və inkişaf etdirilməsi nəzərdə tutulan Autizm Portalının yuxarıda qeyd olunan istiqamətlərlə birlikdə cəmiyyətimizin də autizm sahəsində maariflənməsinə xidmət edərək istifadəçilərə faydalı olması arzu edilir.
Bundan başqa, Azercell şirkətinin maliyyə dəstəyiilə “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən “Onlayn Autizm Portalınınİnkişaf Etdirilməsi” Layihəsi çərçivəsində isə portlının məzmunu zənginləşdirildi,istifadəçilərin məlumatlara rahat çıxışını təmin etmək üçün portalın funksional imkanları artırıldı, həmçinin dayanıqlı fəaliyyət göstərməsi üçün texniki parametlər üzrə təkmilləşdirmə işləri görüldü.
“USAID" və “The Black Sea Trust for Regional Cooperation" qurumlarının maliyyə və təşkilati dəstəyi ilə “Hər Kəs Üçün Bərabər Təhsil Hüquqları” Layihəsi çərçivəsində də portalda təkmilləşməişləri aparılmışdır.
Bütün bunlarla yanaşı portalın ümumi məzmununda,burada istifadə olunan fikir və mülahizələrə görə BP Azərbaycan və tərəfdaşlarıməsuliyyət daşımır