Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi və “Birgə və Sağlam” İctimai Birliyi arasında imzalanan qarşılıqlı əməkdaşlıq memorandumuna əsasən aprel – dünya autizm maarifləndirmə ayı çərçivəsində “Mavi Dünya” adlı silsilə maarifləndirici tədbirlər həyata keçirilir. Tədbirlər çərçivəsində7 aprel 2023-cü il tarixində saat 13:30-da Azərbaycan Dillər Universitetində seminar təşkil edilmişdir.
"Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova, birliyin mütəxəssisi Nərmin Rəhimli autizmli şəxslərin davranış xüsusiyyətləri, onların təhsilinə düzgün yanaşma və ailələrə dəstək mövzusunda geniş təqdimatla çıxış etmişlər.