2 oktyabr 2024-cü il tarixdə “Birgə və Sağlam” İB-nin təşəbbüsü ilə təsis edilən “Kaşalata” kafenin rəsmi açılış tədbiri baş tutub. Kafenin açılışında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Gənclər və idman naziri Fərid Qayıbov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, dövlət və özəl sektorun nümayəndələri iştirak ediblər. Qonaqlar kafedə yaradılmış şərait və iş mühiti ilə tanış olub, burada məşğulluğu təmin edilmiş əlilliyi olan şəxsləri yeni işləri münasibətilə təbrik ediblər.
Ü.Hacıbəyli küçəsi, 57 ünvanında yerləşən kafedə ümumilikdə 20 gəncin məşğulluğu təmin olunub ki, onlardan 10 nəfəri autizmli və daun sindromlu gənclərdir. Kafe əlilliyi olan gənclərin inklüziv mühitdə məşğulluğuna dəstək olmaq və onların cəmiyyətə inteqrasiyasını təşviq etmək məqsədi daşıyır.
Kafenin yaradılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR, “Pasha Holding” və “Trendyol Azərbaycan” tərəfindən dəstək göstərilib.
Linkə keçid edərək xəbəri oxuya bilərsiniz.