Beynəlxalq Autizm Konfransı :Tədqiqatdan Təcrübəyə

23-25 aprel tarixlərində Birgə və Sağlam İctimai Birliyinin təşkilatçılığı ilə illərdir silsilə konfranslardan növbətisi " Beynəlxalq Autizm Konfransı: Tədqiqatdan Təcrübəyə" baş tutmuşdur. 23 aprel Bakı Slavyan Universitetində konfransıöncəsi seminarlar təşkil olunmuş və bir-birindən maraqlı, elmi əsaslı məlumatlarla zəngin, yerli və xarici mütəxəssislər tərəfindən 10 seminar keçirilmişdir. 24-25 aprel tarixlərində isə konfransa Heydər Əliyev mərkəzi ev sahibliyi etmişdir. 24 aprel tarixində konfrans sonrası autizmli gənclər və məşhur sənətçilərin ortaq səhnə aldığı möhtəşəm Qala konserti təşkil olunmuşdur. Bu konfrans ölkəmizdə çalışan müəllimlərə, həkimlərə , psixoloqlara və fərqli sektorlardan olan insanlara autizm sahəsində dünya təcrübəsini öyrənməyə və dərin biliklər əldə etmək fürsəti yaratmışdır.
Konfransda əməyi keçən hər kəsə dərin təşəkkürümüzü bildiririk!