Azərbaycanda autizmli şəxslərin həyat şəraitininyüksəldilməsi, onların təhsil prosesi və cəmiyyətə inteqrasiyası üçün əhəmiyyətlifəaliyyətlər həyata keçirən “Birgə və Sağlam” İctimai Birliyi dünya təcrübəsininölkəmizdə tətbiq edilməsi üçün davamlı təşəbbüslər irəli sürür. Bununla əlaqədarolaraq, “Birgə və Sağlam” İctimai Birliyi “Autism-Europe” BeynəlxalqQeyri-Kommersiya Assosiasiyasına üzv seçilmək üçün müraciət edib. Assosiasiya tərəfidəntələb olunan sənədlərin ilkin qiymətləndirilməsi məqbul hesab edilərək İctimaiBirlik Assosiasiyanın 6 may 2023-cü il tarixdə İllik Baş Assambleyasında təqdimatlaçıxış etməyə dəvət olunub. Tədbirə onlayn formatda qoşulan İctimai Birliyin əməkdaşlarıBirliyin fəaliyyəti və məqsədləri haqqında geniş təqdimat edib, suallarıcavablandırıblar. Daha sonra Birliyin üzvlüyü səsverməyə qoyulub və mütləq səsçoxluğu ilə quruma assosiativ üzv seçilib.
Qeyd edək ki, təqribən 40 ildir fəaliyyət göstərən “Autism-Europe”Beynəlxalq Qeyri-Kommersiya Assosiasiyasının məqsədi autizmli şəxslərinhüquqlarının təşviq edilməsi və autizmli şəxslərin, həmçinin onların ailələrininrifah halının yüksəldilməsi üçün tədbirlər görməkdir. Assosiasiya 26-sı Avropaİttifaqından olmaqla 40 Avropa ölkəsindən olan 90 üzv təşkilatı özündə birləşdirir.Avropanın təhsil, səhiyyə və sosial xidmət institutları Assosiasiyanı autizmlişəxslərin və onların ailələrinin təmsilçisi kimi tanıyır və lazımi dəstək göstərir.Öz təsir gücünü artırmaq üçün Assosiasiya digər oxşar hədəfləri olan qurumlarlasıx əməkdaşlıq edir. Bundan başqa, Assosiasiya mütəmadi olaraq Ümumdünya SəhiyyəTəşkilatı ilə məsləhətləşmələr aparır və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqedir. Təşkilat həmçinin Avropa Şurasında (qeyri-hökumət təşkilatı kimi)iştirakçı statusa malikdir.
Bundan sonra “Birgə və Sağlam” İctimai BirliyiAssosiasiya və onun üzv qurumları ilə yaxından əməkdaşlıq etməklə Avropa təcrübəsiniölkəmizdə tətbiq etməyə və qurumda ölkəmizi layiqincə təmsil etməyə çalışacaq.