Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold”un dəstəyiilə Gəncədə Autizm Mərkəzi istifadəyə verildi.
Aprelin 11-də “Heydər Əliyev İli” çərçivəsində HeydərƏliyev Fondunun təşəbbüsü, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi,“Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə yaradılan Gəncə AutizmMərkəzinin rəsmi açılış mərasimi keçirilib.
Dünya Autizm Maarifləndirmə ayında təşkil edilən tədbirdəİqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyətininbaşçısı Niyazi Bayramov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədrinin müavini XəyyamFərzəliyev, Heydər Əliyev Fondunun Heydər Əliyev İrsinin tədqiqi və təbliği şöbəsininmüdiri Cəmil Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrmüavini Aynur Sofiyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında SosialXidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov, Elm və TəhsilNazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev,“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova, birliyin AutizmValideyn Məşvərət Şurasının sədri Natavan Məmmədova, Türkiyənin Gəncə şəhərindəkiBaş konsulu Recep Öztop, SOBE Autizm Fondunun koordinatoru Zeynep Takı Kapıtaş,Autizm səfiri, Xalq artisti Tünzalə Ağayeva və digər ictimaiyyət nümayəndələriiştirak ediblər.