Azyaşlı övladı olan ana və atalar, tualet təliminin niyə gərəkli olduğunu sizə dərhal deyə bilərlər. Bu zərurət, həmin bacarığı qazanmadan kiçik yaşlarını tamamlayıb böyüyən uşaqlarda daha da bəlli olur. Altını islatma və altına nəcisinietmək , önəmli miqdarda zaman, enerji və vəsait israfına səbəb olur. Bezlərə və nəm salfetlərə ödənən məbləğ tipik uşaqlar üçün belə bahalıykən, bəzi uşaqlar 12 yaşına gəldikləri halda hələ də tualet təlimi almamış ola bilirlər.Uşağın dil və akademik ehtiyaclarına sərf olunması gərəkən maddi vəsaitin belə xərclərə istifadə olunması yaşam keyfiyyətində bəzi çətinliklərə səbəb ola bilər. Üstəlik üzərkən istifadə olunan bezlərin, uşağın yaşı artdıqca böyük bədənlərini tapmaq çətin olur; bez dəyişdirmək, digər önəmli bacarıqlar üzərində çalışmaq yerinə zaman itkisidir.
Son olaraq (bəlkə də ən önəmli nüans), tualet təliminin əskikliyi daima məktəbə yerləşdirmə seçimlərinə təsir edən bir haldır. Tipik bağçaları, uşağın bağçaya gəlmədən öncə tualet təlimi almış olmasını şərt olaraq təqdim edirlər. Bir çoxuşaq normal məktəblərə və ya inkluziv siniflərə, kiçik yaşlarda tualet təlimi almadıqları üçün gedə bilmirlər. Uşaq böyüdükcə vəziyyət daha da çətinləşir.
Bu uşaqların sosial mühitlərdə qəbul edilmələri çox çətin olur. Tualet təlimi almamış dörd-beş yaşında olan bir uşaq, cəmiyyət içində altını islatdığında və ya nəcisini etdiyində, tipik yaşıdları tərəfindən xaric edilə bilər. Uşağın bacı-qardaşları bundan utana biləcəkləri üçün ümumilikdə ailə bu haldan təsirlənir.
Uzmanların da söylədiyi kimi , autizmli insanlar tualet təlimində ən çətin qrupdur, çünki ənənəvi tualet təlimi üsulları onlarda işə yaramır. Autizmli uşaqlara bu bacarıqları öyrətməyin çətin olduğunda həmfikir olsaq da, tualet təliminin imkansız olmadığını dərhal deməliyik. Ciddi inkişaf geriliyinə sahib şəxslərin də beş yaşa qədər müvəffəqiyyətlə öyrədilə biləcəyini müşahidə etmişik.
Bu mövzuyla bağlı başqa bir çox kitab var, amma bunların heç biri davranışa yönəlik olmadığı üçün autizmli uşaqlara bu özəl təlimin verilməsi üzərinə işlənilməmişdir. Bu uşaqlara tualet təlimi verilməsində istifadə edilməsi üçün altı fərqli kitabdakı üsullardan istifadə olunaraq program hazırlanılmışdır.
Öncəliklə övladınız bu bacarığı öhdəsinə götürməyə hazır olub-olmadığına qərar verməlisiniz. Övladınızın sadəcə xronloji yaşını deyil, inkişaf yaşını da nəzərə almalısınız. Əgər övladınız üç yaşındadırsa, amma inkişaf yaşı 18 aylıq olduğunu göstərirsə, təlim üçün erkən olduğunu göstərir. Ancaq övladınız beş yaşındadır və 18 aylıq inkişaf yaşı göstərirssə, başlamaq üçün zaman gəldiyini deyə bilərik. Cavablamağınız zəruri olan digər suallara nəzər salaq:
- Övladınız bezinin islaq olduğunu hiss edir və ya sizə bildirir?
- Övladınız hamam otağındakı tualetə, əl yumağa və ya geyinib hazırlaşma dönəminə maraq göstərir?
- Övladınız tualet ehtiyacı hiss etdiyi zaman sizdən uzaqlaşır və ya gizlənməyə çalışır?
- Son olaraq, övladınız gecə boyunca bezinə düzənli olaraq idrarını edir ( nəcis etmədən)?
Bu sualların çoxuna bəli deyirsinizsə, övladınız tualet təliminə böyük ehtimalla hazırdır deməkdir.
Təlimatların planlaşdırılması olduqca önəmlidir. Dil təlimi üçün aldığı zamanda daha yeni diaqnoz qoyulubsa, tualet təliminə dərhal keçməyin; övladınıza xüsusilə istəməyi öyrətmək daima ediləcək ilk iş olmalıdır. Mənfi möhkəmləndirmə və ya mənfi davranış nəticələri olmadan, yaxşı və müsbət bir davranış programını həyata keçirdiyiniz zaman, tualet təliminə başlamağınızın zamanı gəlmiş ola bilər.
Bir də , başqa bir evə köçməyi planlayırsınızsa, yeni bir körpə gözləyirsinizsə və ya ailə həyatınızda böyük dəyişiklik varsa, təlimə başlamayın. Stressli zamanlarda tualet təlimi bütün uşaqlar üçün çətin olacaqdır. Belə zamanlarda başladılan tualet təlimlərində çox zaman geriləmə özünü göstərir.
Başlamaq üçün ən yaxşı zaman, əlinizdəki işə əmək verəcəyiniz və sonuna qədər izləyə biləcəyiniz zamandır. Ən az iki həftə boyunca bacarığın üzərində çalışa bilmək üçün evdə olmanız gərəkdir, demək olar ki tək başına təlimi irəlilədə biləcəyinizdən əmin olmalısınız. Önünüzdəki üç aya nəzər salaraq ciddi bir dəyişiklik planlamadığınızdan əmin olun. Ailələrin çoxunun , işə başladıqlarında yetəri qədər zaman ayırmamalarına görə “yalançı başlanğıclar” etdiyini müşahidə edirik. Programa başladıqda, davam etdirməyiniz gərəkdir. Öyrətməyin çətin olacağını düşünürsünüzsə ( həqiqətən də çətin ola bilər), bir-iki il içərisində daha da çətinləşəcəyini düşünməlisiniz.
Övladınızda formal bir tualet təlimi programı başlatmağa hazır deyilsinizsə, bu programı başlamağınız üçün sizə dəstək olacaq bəzi addımlar ata bilərsiniz. Öncəliklə övladınızın altını tez-tez dəyişdirin ki daima quru qalsın. Tualeti üçün rahat otura biləcəyi bir güvəc alın (üç yaş və daha azyaşlılar üçün). Övladınız böyükdürsə ( yaş və ya bədən olaraq) bu zaman birbaşa tualeti istifadə edin. Hər səhər və duş zamanı övladınızı tualetə/güvəcə oturdun və nə baş verəcəyini müşahidə edin. Bəzi uşaqlar sadəcə orada oturduqları üçün də çox miqdarda mükafata ehtiyac hiss edə bilərlər, o səbəbdən də mükafatları hazır saxlayın. Ehtiyacla mükafatı eyniləşdirmirsiniz kimi yanaşın. Əgər övladınız sidiyini və ya nəcisini edərsə bu zaman mütləq çox şişirdilmiş şəkildə mükafatlandırın. Övladınız oğlandırsa, idrarını etməsi üçün daima oturtmağa çalışın. Nəcisini etməyi öyrənmədən öncə ayaq üstdə sidik ifrazatını etməsi üçün istiqamətləndirməyin.Nəcis təlimi, uşaq tualetə oturmağa alışdıqdan sonra, bəzən sadəcə “səhvən” baş verər. Bəzi autizmli uşaqlar sidik ifrazatını ayağa qalxaraq etməyi sadəcə atalarına baxaraq ustalaşırlar, amma defekasiya üçün tualetə oturmağı heç cür öyrənə bilmirlər.
Bədən funksiyalarını anlatmaq üçün istifadə edəcəyiniz sözləri seçməyin artıq zamanıdır. Övladınızın dayəsi və ya müəlliməsi ilə hansı sözləri istifadə etməsi gərəkdiyi ilə bağlı danışmaq sizə anlamsız gələ bilər amma qərarlı olmalısınız. Sözləri seçərkən, uzun müddət istifadə edə biləcəyiniz şəkildə bir seçim edin, məsələn “çiş etmək” yerinə “tualetə getmək” kimi sözlər istifadə edə bilərsiiz.
Son olaraq, başlamadan öncə övladınızın nə zamanlar idrara çıxdığını və defekasiya etdiyini bir neçə gün müşahidə edib qeydlər almalısınız, çünki uşaqların çoxunda rahatlıqla izlənilə biləcək bir şablon vardır. Ayrıca bədənin adına orto kolik və gastro kolik deyilən , səhər oyandıqdan 15 dəqiqə sonra və ya yemək yedikdən 15 dəqiqə sonra ortaya çıxan və bağırsaq hərəkətlərinə səbəb olan reflekslər mövcuddur. Övladınızın nə zaman yemək yediyini və nə zaman oyandığını bir kağıza yazıb rutini izləyib-izləmədiyinə deyə baxın.