Tez-tez verilən suallar

  • 1. Autizmli fərdlərin ölkəmizdəki statistikası nə qədərdir?
  • 2. Autizmdən şübhələnən ailələr diaqnoz üçün hansı addımları atmalıdır?
  • 3. Autizmdə erkən diaqnozun əhəmiyyəti nədir?
  • 4. Autizm Spektr Pozuntusu diaqnozu alan ailələr hansı addımları atmalıdır?
  • 5. Autizmli fərdlərlə iş prosesində ən təsirli müdaxilə üsulları nələrdir?
  • 6. Autizmli fərdlər hansı sıxlıqda təlim və reabilitasiya dəstəyi almalıdırlar?
  • 7. Autizm diaqnozu ilə birgə uşaqlarda müşahidə olunan digər problemlər hansılardır?
  • 8. Autizmli fərdlərin inkişaf prosesində valideynlərin rolu nədən ibarətdir?
  • 9. Autizmli fərdlərin məktəbəqədər və məktəb təhsili almasına necə qərar verilməlidir?
  • 10. Ailələr övladları üçün təlim və reabilitasiya mərkəzi seçərkən nəyə diqqət etməlidir?
  • 11.Autizmli fərdlərin təlim prosesində avadanlıqların istifadəsinin əhəmiyyəti nədən ibarətdir?
  • 12. Çox vaxt övladlarında lazımi qədər irəlləyişlərin olmadığına inanan ailələr autizmli övladları üçün hər şeyin edildiyinə necə əmin olabilərlər?

1. Autizmli fərdlərin ölkəmizdəki statistikası nə qədərdir?

Günümüzdə bütün dünya əhalisinin 1%-i olan 70 milyona yaxın insanın autizmlə üzləşdiyi bilinir. Son illərdə Amerika Birləşmiş Ştatlarında aparılan bir tədqiqata görə isə hər 36 uşaqdan birində autizm əlamətləri müşahidə olunur. Ümumilikdə isə ortalama olaraq hər 100 uşaqdan birinin bu spektr pozuntusundan əziyyət çəkdiyi bilinir. Hazırda bütün dünyada 10 milyondan artıq autizmli fərdin olduğu qəbul olunmaqdadır. Autizm Spektr Pozuntusuna oğlanlarda qızlardan 4 dəfə daha çox rast gəlinir. Uşaqlar arasında əlilliyin artmasının bir səbəbi də məhz autizmdir. Hazırda ölkəmizdə autizmli fərdlərin sayı ilə əlaqədar rəsmi statistika mövcud deyildir. Bir çox hallarda müxtəlif səbəblərdən ailələr bu pozuntuları gizlədir və ya onların bu problemlə əlaqədar məlumatları yetərli qədər olmur. Bəzi hallarda isə autizmli fərdlər müxtəlif adlarla qeydiyyata alınır. Qeyri-hökumət təşkilatlarının apardığı statistik araşdırmaya görə, hazırda ölkəmizdə 6 min nəfərə yaxın autizmli fərdin mövcud olduğu bilinir.

2. Autizmdən şübhələnən ailələr diaqnoz üçün hansı addımları atmalıdır?

Övladında autizm əlamətlərindən şübhələnən ailələr ilk növbədə sahənin mütəxəssislərinə müraciət etməlidir. Mütəxəssislər uşaqları müşahidə edərək, müxtəlif inkişaf testləri ilə uşağın valideynlərinə uşağın inkişafı haqqında suallar verərək diaqnoz qoyurlar. Günümüzdə autizm diaqnozu çox kiçik aylarda artıq qoyula bilər. Autizmli fərdlərə diaqnoz qoyan əsas mütəxəssislər isə uşaq psixiatrı və uşaq nevrpataloqlarıdır.

3. Autizmdə erkən diaqnozun əhəmiyyəti nədir?

Ümumi tibbi problemlərdə müdaxilə prosesindən müsbət nəticələr əldə etmək üçün erkən diaqnozun qoyulması nə qədər əhəmiyyətlidirsə, autizm diaqnostikasında da bu məsələ bir o qədər vacibdir. Uşaqlarda zehni inkişafın ən sürətli getdiyi yaş dövrü 5 yaşa qədərdir. Erkən diaqnoz alan autizmli uşaqların daha tez reabilitasiya proqramlarına cəlb olunma imkanları olur. Bundan başqa uşaqların ilk beş ildə öyrəndikləri bilik və bacarıqlar onların gələcək inkişaflarına da mühüm təsir göstərir. Bu yaş dövründə autizmli uşaqların aldıqları dəstək daha davamlı olur. Ümumilikdə isə bəzi bacarıqların öyrənilməsinin məhz yaş dövrü ilə əlaqədar olduğu da bilinir. Daha kiçik yaş dövründə autizmli uşaqlar dil inkişafı sahəsindəki dəstəyə müsbət reaksiya verirlər, irəliləyən yaşlarda isə bunun mümkün olmadığı müşahidə olunur. Erkən yaş dövründə reabilitasiya və müxtəlif təlim dəstəyi almayan autizmli uşaqlarda davranış və digər problemlər qalıcı şəkildə formalaşır, təqdim olunan proqramlardan nəticə əldə etmək çətinləşir. Erkən diaqnoz nəticəsində başladılan dəstək proqramları ilə autizmli uşaqlarda davranış pozuntularının aradan qaldırılma imkanı xeyli yüksək olur.

4. Autizm Spektr Pozuntusu diaqnozu alan ailələr hansı addımları atmalıdır?

Övladlarına Autizm Spektr Pozuntusu diaqnozu qoyulan ailələrin atacaqları ilk addım övladları üçün dəstək proqramlarını planlanmaq olmalıdır. Təəssüflər olsun ki, bu diaqnozu alan ailələlər vəziyyəti olduğu kimi qəbul etməkdə çətinlik çəkirlər. Bəzi hallarda vəziyyəti qəbul etmə dövrü xeyli uzun sürür ki, bu da diaqnozdan sonra düzgün müdaxilənin qarşısını alır. Belə problemlər yaşayan ailələr mütləq sahənin mütəxəssislərinə müraciət etməli, bu prosesinin qısaldılmasına çalışmalıdırlar. Valideynlər autizmli övladlarının mövcud vəziyyətini digər bacı və qardaşlarına da başa salmalı, onların da vəziyyəti olduğu kimi qəbul etmələrinə dəstək olmalıdırlar. Ailələr autizmli uşaqlarına təlim proqramları və onların təlim alacaqları qurumu seçərkən Tətbiqi Davranış Analizi – Applied Behavioral Analysis (TDA - ABA) üsulu ilə fəaliyyət göstərən qurumlara üstünlük verməlidirlər. Uşağın təlim və reablitasiya aldığı qurumlar ilə yaxından əməkdaşlıq edərək, gündəlik tətbiq olunan proqramları ailə evdə təqib etməlidir. Əməkdaşlıq edilən qurum uşağa fərdi təlim proqramının tətbiqinə diqqət etməlidir. Ailə fərdləri eyni zamanda uşaqlarının sosiallaşması baxımından zəruri olan digər fəaliyyətləri də həyata keçirməlidir.

5. Autizmli fərdlərlə iş prosesində ən təsirli müdaxilə üsulları nələrdir?

Təəssüflər olsun ki, günümüzdə autizmin tibbi müalicə üsulu yoxdur. Hazırda autizmə müdaxilə sahəsində bilinən ən mühüm metod - qaydalarına uyğun, davamlı və sıx reabilitasiya təlimi dəstəyidir. Autizmli uşaqlara ən təsirli müdaxilə proqramları Tətbiqi Davranış Analizinə (TDA) əsaslanan proqramlardır. Mövcud olan hər bir proqramın özünəməxsus xüsusiyyətlərinin olması tətbiq olunduğu zaman əldə olunan nəticələrin də müəyyən qədər fərqli olmasına səbəb olur.

6. Autizmli fərdlər hansı sıxlıqda təlim və reabilitasiya dəstəyi almalıdırlar?

Autizm Spektr Pozuntusu diaqnozu alan uşaqların təlim və reabilitasiya proqramlarına erkən yaşda cəlb edilməsi ilə yanaşı bu proqramların sıxlığı da əldə olunacaq nəticələr baxımından mühüm əhəmiyyət kəsb etməkdədir. Bu prosesin sıxlığı ilə əlaqədar müxtəlif fikirlər mövcud olsa da bunun həftədə ən az 20 saat olması vurğulanmaqdadır. Daha sıx təlim və reabilitasiya proqramı isə həftədə 40 saat olaraq qəbul edilir. Bu dövrdə uşaqlarla fərdi qaydada iş aparılmalıdır. Autizmli uşaqların bir çoxu ən az 6 ay fərdi şəkildə təlim və reabilitasiya aldıqdan sonra qrup şəklindəki proqramlara cəlb oluna bilərlər. Müəyyən uşaqlarda isə fərdi məşğələlərin müddəti daha uzun ola bilər. Təlim və reabilitasiya dəstəyinin sıxlığı ilə yanaşı davamlılığı da əhəmiyyətlidir. Bu istiqamətdəki məşğələlərin mümkündürsə ailələrin dəstəyi ilə bütün il boyu həftədə yeddi gün davam etməsi lazımdır.

7. Autizm diaqnozu ilə birgə uşaqlarda müşahidə olunan digər problemlər hansılardır?

Autizm Spektr Pozuntusu diaqnozu alan uşaqların valideynləri tərəfindən ən çox soruşulan suallardan biri də “Övladımda autizmdən başqa pozuntu var mı?” sualıdır. Öyrənmə çətinliyi autizmli uşaqlarda ən çox görülən hallardan biridir. Belə uşaqlarda görülən digər problemlərdən biri də epilepsiya və onunla əlaqədar olan problemlərdir. ASP bəzi hallarda özünü sadə eşitmə pozuntuları ilə göstərir. Belə olan halda ikili diaqnoz təyin edilməlidir. Autizmli uşaqların eşitmə problemlərinin olub olmamasını müəyyən etmək olduqca vacibdir. Bu vəziyyət testlərlə müəyyən edilə bilinmədiyi zaman ailə fərdləri tərəfindən evdə müşahidə edilməklə bu məsələ haqqında qərar verilə bilər. Belə uşaqlarda nitq ilə əlaqədar müxtəlif növ problemlər mövcud olur. Nitqin anlaşılması ilə əlaqədar ciddi problemlərin olması, çoxlu təkrarlayıcılığa yol verilməsi, evdə danışıb məktəb və ya oxşar yerlərdə danışmaması kimi hallar nitq pozuntuları olaraq müşahidə olunur. Autzmli uşaqlarda görülən digər problemlərə isə müəyyən pisxiatrik çatışmamazlıqlar,hiperaktivlik, nadir hallarda şizofreniya, xüsusi qorxular, özünə zərər vermə, yemək və yuxu ilə əlaqədar problemlər, müəyyən depressiv xüsusiyyətlər aiddir.

8. Autizmli fərdlərin inkişaf prosesində valideynlərin rolu nədən ibarətdir?

Autizmli uşaqların inkişafında valideynlərin çox mühüm rolu vardır. Övladında autizm aşkarlanan ailələr böyük emosional dəyişikliklərə məruz qalır. Belə ailələrin əgər başqa övladları da varsa valideynlər onların günlük fəaliyyətlərdən faydalanmaq üçün autizmli övladları üçün xüsusi plan qurmalıdırlar. Valideyn övladına diaqnoz aldıqdan sonra bir tərəfdən maariflənməli, digər tərəfdən isə uşağı üçün ən faydalı dəstək imkanları araşdırmalıdır. Bir çox hallarda övladına autizm diaqnozu qoyulan ailələr böyük təşviş yaşayır, böyük vəsaitlər xərcləyərək düzgün müdaxilə metodları ilə yanaşı, elmi əsası olmayan bir çox alternativ müdaxilələrdən istifadə edirlər. Valideynlərin düzgün maariflənməsi məhz övladlarının inkişafına mühüm dəstək vermələrinə imkan yaradır. Valideynlərin bu istiqamətdə atacaqları addımlardan biri də autizmlə əlaqədar peşəkar qurum və mütəxəssislərlə yaxından əməkdaşlıq etməkdir. Belə valideynlər yaxın qohumlarından (nənə, baba) və ya dayələrdən dəstək alaraq özlərinə müəyyən vaxt ayıra bilər, beləliklə pisxolojik gərginliklərini azaldaraq övladlarına daha çox dəstək ola bilərlər. Valideyn bütün fəaliyyətlərini autizmli övladının gündəlik həyatı ilə məşğul olmaqla məhdudlaşdırırsa bundan heç kim faydalanmaz, xüsusi ilə həmin övladın özü də bundan yetərli faydanı əldə edə bilməz.

9. Autizmli fərdlərin məktəbəqədər və məktəb təhsili almasına necə qərar verilməlidir?

Kiçik yaşda autizmli uşaqlar məktəbəqədər təhsil müəssisələrindən böyük fayda əldə edirlər. Müəyyən oyun qrupları və bağçalar bələ uşaqları qəbul edirlər. İlk başlarda tipik uşaqlarla ünsiyyət qurmasalar da tədricən digər həmyaşıdlarının yaxınlığında olmağa alışırlar. Məktəbəqədər mərhələdə normal inkişaf edən uşaqlarla qaynayıb-qarışmaq çox vaxt yaxşı nəticələrə gətirib çıxardır. Kiçik yaşdaki uşaqlarda güclü qrup hissiyatı olmadığı üçün autizmli uşaqların onlar tərəfindən qəbul edilməsində problem meydana gətirmir. Autizmli uşaqların ümumtəhsil müəssislərində təhsili isə bir qədər fərqli xüsusiyyətlərə sahibdir. Belə ki, bu istiqamətdə fərqli müzakirələr və yanaşmalar mövcuddur. Autizmli uşaqların sosial bacarıqlar əldə etməsi üçün rol modellərə ehtiyacı olduğu qeyd olunur. Belə uşaqların öyrənmə üsulları digər uşaqlardan fərqli olduğu üçün bu ehtiyacların öhdəsindən gəlmək müəllimlər üçün asan olmur. Autizmli uşaqlar bəzən sahib olduqları bu fərqlilikdən ötrü digər həmyaşıdalarının təzyiqinə də məruz qala bilərlər. Qarşılaşılan çətinliklər bir müddət sonra digər uşaqların ailələrinin də müdaxilələri ilə xeyli mürəkkəbləşir. Bəzi hallarda autizmli uşaqlar məktəbdə özlərini rahat hiss etmirlər. Digər uşaqlar tərəfindən sataşmalar və ələsalmalar autizmli uşaqlarda depressiya və pisxiatrik problemlərə yol aça bilər. Bu baxımdan valideynlər məktəbəqədər təhsil və ya məktəb məsələsinə qərar verərkən mütləq mütəxəssislərlə məsləhətləşməli, uşağın xüsusi vəziyyətini diqqətə alaraq addım atmalıdır.

10. Ailələr övladları üçün təlim və reabilitasiya mərkəzi seçərkən nəyə diqqət etməlidir?

Autizm Spektr Pozuntusu diaqnozu almış ailələr bir müddət sonra övladlarının inkişafı üçün təlim və reabilitasiya dəstəyi alacaq mərkəzlər axtarırlar. Autizmli uşaqların alacaqları ilk təlim və reabiltasiya dəstəyi əhəmiyyətli olduğu üçün ailələrə bu məslədə olduqca diqqətli davranmalıdırlar. Ailələr seçəcəkləri mərkəzdən gözləntilərini düzgün müəyyənləşdirməli, belə qurumların təklif etdikləri proqramlar haqqında ətraflı məlumat almalı, orada fəaliyyət göstərən mütəxəssislərin peşəkarlığından əmin olmalıdır. Mərkəzə müraciət edildiyi zaman ilkin qiymətləndirmənin aparılması, övladlarına təlim və reabilitasiya müddətində tətbiq olunacaq fərdi iş planları və müəyyən aralıqlarla təqdim olunacaq inkişaf raportları haqqında məlumat ailələrin diqqət etməsi zəruri olan ən əsas məsələlərdəndir. Bütün bunlarla yanaşı ailələr mərkəz seçimində bu bölmənin 5- ci sualında cavablandırılan autizmli fərdlərlə iş prosesində ən təsirli beynəlxalq müdaxilə üsullarının övladlarını aparacaqları mərkəzlərdə tətbiq olunduğuna əmin olmalıdırlar. Belə mərkəzlərin ailələrə necə işlədikləridə diqqət edilməsi zəruri olan məsələlərdən biridir.

11.Autizmli fərdlərin təlim prosesində avadanlıqların istifadəsinin əhəmiyyəti nədən ibarətdir?

Günümüzdə bütün sahələrdə olduğu kimi, autizmli uşaqların təlim və reabilitasiya prosesində də texnoloji avadanlıqların istifadəsi mühüm əhəmiyyət daşımaqdadır. Ümumi olaraq autizmli uşaqların texnoloji avadanlıqlara olan meyli xeyli güclüdür. Musiqi dinləmə, müxtəlif oyun proqramları belə uşaqların ən çox diqqətini çəkən amillərdir. Bütün bunlarla bərabər autizmli uşaqların təlim və reabiltasiyasında texnoloji avadanlıqların istifadəsi də xeyli artmaqdadır. Aparılan tədqiqatlarda planşet istifadəsinin autizmli uşaqlarda xeyli yüksək olduğu görülmüşdür. Belə uşaqlar uçun yazılan xüsusi proqramlar onların dil inkişafına və diqqətlərinin artmasına dəstək verir. Müxtəlif videolar, şəkillər, jestlər və simvollar autizmli uşaqların dil və digər bacarıqlarının artırılması üçün uzun illərdir ki istifadə olunmaqdadır. Müasir texnologiyalar isə bütün bunları eyni vaxtda tək vasitə ilə istifadə etmək imkanı verir. Belə texnoloji avadanlıqların istifadəsi autizmli uşaqlarda onların cəmiyyətdən təcridolunma hissini xeyli azaldır. Texnoloji avadanlıqların istifadəsində ailələrin yaş həddini diqqətə alaraq, mütəxəssislərlə məsləhətləşərək onların istifadəsini tənzimləmək lazımdır.

12. Çox vaxt övladlarında lazımi qədər irəlləyişlərin olmadığına inanan ailələr autizmli övladları üçün hər şeyin edildiyinə necə əmin olabilərlər?

Demək olar ki, autizmli övlada sahib olan ailələr hər gün “övladım üçün daha çox nə edə bilərəm?” sualını öz özlərinə verirlər. Gərgin iş həyatı çox vaxt valdeyinlərdə övladları üçün lazımi qədər dəstəyi vermədikləri hissini meydana gətirir. Övladları ilə məşğul olan digər mütəxəssislər haqqında da çox vaxt eyni fikirləşirlər. Ailələr hər zaman ən yaxşı təlim və reabilitasiya xidmətlərini əldə etməyə çalışmalıdırlar. Lakin bunun müəyyən məhdudiyyətlərinində olduğunu qəbul etməlidirlər. Hər gün öyrəndikləri yeni şeylər bu sahədə görüləcək işlərin nə qədər çox olduğundan xəbər verir. Ailələr mövcud imkanlar daxilində övladlarına ən yaxşı dəstəyi verməli və onların ən yaxşı müdafiəçisi olmalıdırlar. Valideynlər əldə etdiyi nəaliyyətlərə görə özləri ilə qürur duymalıdır. Yaddan çıxartmamaq lazımdır ki, autizmli uşaqlar hər gün bir çox çətinlikləri aradan qaldırmaq üçün əllərindən gələni edirlər. Bütün uşaqlar kimi autizmli uşaqlarda zaman keçdikcə böyüyüb inkişaf edir. Ailələr övladlarının oxu bacarıqlarında bir cümlədən beş paraqrafa keçdiyini gördüyü zaman, onların hansı nəaliyyətlər əldə etdiyini qəbul etməli, əldə edilən hər bir şeyi təqdir edərək gələcək üçün onları cəsarətləndirməlidir. Davamlı olaraq mütəxəssislərlə məsləhətləşmək, vaxtaşırı övladları üçün hədəflər müəyyənləşdirmək və əldə etdikləri uğurlar onlara müəyyən bir müddət sonra reallıqlarla barışaraq daha çox məsafə qət etmə imkanı verəcəkdir.