Birgə və Sağlam İctimai Birliyi 10 yaşını qeyd etdi.


14 dekabr 2023-cü il tarixdə “Birgə və Sağlam” İctimai Birliyinin 10 illik yubileyi münasibətilə tədbir təşkil edilib. Tədbirdə İctimai Birliyin tərəfdaşları və dəstəkçiləri – Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB, Heydər Əliyev Fondu, SOCAR, Paşa Holdinq, NEQSOL Holdinq, bp və tərəfdaşları, “Azergold” QSC, Özsüt, Azərbaycan Hava Yolları, Azercell, KPMG Azərbaycan, Deloitte Azərbaycan, UNUCEF-in Azərbaycan Nümayəndəliyi, BMT-nin İnkişaf Proqramı (UNDP), Paşa Bank, Kapital Bank, Expressbank, Yelo Bank, həmçinin bir sıra digər dövlət və özəl qurumların, ali təhsil müəssisələrinin, müxtəlif ölkə səfirliklənin əməkdaşları, QHT nümayəndələri, uzun illərdir “autizm səfiri” kimi Birliyə yaxından mənəvi dəstək olan xalq artisti Tünzalə Ağayeva, həmçinin tanınmış ictimai xadimlər və sənətçilər iştirak edib.

“Birgə və Sağlam” İctimai Birliyinin məqsədi autizm spektr pozuntusu olan şəxslər üçün təhsil, səhiyyə və sosial xidmətlərdə bərabər imkanları təmin etmək, autizm haqqında maarifləndrimə işləri aparmaq və inklüziv cəmiyyətin təşəkkülünə töhfə verməkdir.

Tədbiri giriş sözü ilə açan Birliyin Məşvərət Şurasının sədri Natəvan Məmmədova qonaqları salamlayaraq autizmin getdikcə artan ictimai əhəmiyyətli bir məsələ olduğunu vurğuladı və ötən müddət ərzində İctimai Birliyin fəaliyyətinə dəstək olan bütün tərəfdaşlara təşəkkürünü bildirdi. Sonra Birliyin sədri Aytən Eynalova çıxış edərək autizmli şəxslərin və onların ailələrinin dəstəklənməsi üçün QHT-lərin dövlət qurumları və özəl sektorla sıx əməkdaşlıq etməsinin vacibliyini vurğuladı, Birliyin təşəbbüslərini dəstəkləyən tərəfdaşlara minnətdarlığını bildirdi. Daha sonra Birliyin əməkdaşı Fərid Süleymanov Birliyin 10 illik fəaliyyətinə dair hesabat xarakterli təqdimat etdi.

Çıxışlardan sonra 10 illik fəaliyyəti dövründə Birliyə daim dəstək və yardımçı olan 27 təşkilat və şəxsə “Autizm Dostu” nominasiyalı mükafat təqdim edildi. Tədbirin sonunda “Birgə və Sağlam” İctimai Birliyinin “Mavi Ürəklər” xor və ritm qrupu və “Presto Strings Group” musiqi qrupunun birgə hazırladığı inklüziv konsert proqramı təqdim edildi.

Tədbirin təşkilati dəstəkçisi qismində Murad Dadaşov başda olmaqla Xəzər Media Mərkəzi, aparıcı Leyla Quliyeva, Landmark Hotel Baku, Beauttech, Barbarisso, AGlamour Fashion, Aya Rzali Ceremony, Dably, Foto Xalça, Presto Strings Group, Mybrands və Gallery şirkətləri yaxından iştirak edib.


Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.