Gənclər və İdman nazirliyi UNESCO və UEFA ilə birlikdə Mingəçevirdə tədqiqat aparır.
O bildirib ki, məqsəd koronavirus pandemiyası sonrası Mingəçevirdə 10-12 yaşlı uşaqların fiziki və mental sağlamlıqlarının bərpası üçün futbol dərsləri təşkil etməkdir: “Eyni zamanda, valideynləri də nəzərə almışıq. 35-45 yaş kateqoriyasında olan xanımlar üçün gimnastika, kişilər üçün voleybol tədqiqatını həyata keçiririk. Təxminən iki həftəlik dönəmdə minə yaxın respondentdən anketlər alaraq sorğu həyata keçirmişik. Ümumilikdə Mingəçevir əhalisinin həm gimnastikaya, həm də voleybola olan münasibətini öyrənməyə çalışmışıq ki, bu çərçivədə gələcəkdə bölgələrdə idmanın inkişafı üçün dəstəyimizi davam etdirək”.
Dosent Oktay Quliyev əlavə edib ki, qurumlar onlardan voleybol və gimnastika ilə bağlı sorğu aparmalarını istəyiblər: “Burada əsas məqsədlərdən biri odur ki, bölgələrdə hansı idman növləri nisbətən zəifdirsə, onların inkişaf etdirilməsi üçün seçimlər həyata keçirməkdir. Mingəçevirin gənclər paytaxtı elan edilməsi də burada həlledici rol oynadı”.
Nazirlik rəsmisi Mingəçevirdə hansı idman növlərinə marağın az olduğunu da açıqlayıb: “İlkin araşdırmalar göstərdi ki, burada voleybol nisbətən geri qalır. Basketbolla bağlı istəklərin olduğunu gördük. Futbolda isə, xüsusən də, orta yaş qrupunda müəyyən fəaliyyətin aparılmasının vacibliyini gördük. Bu yöndə araşdırmalarımızı davam etdirəcəyik”.