"Ulu Öndər" mahnısı inklüziv "Mavi Ürəklər" Xor və Ritm qrupunun ifasında təqdim olundu

Dahi Şəxsiyyət, Ümummilli Lider, Ulu Öndər HeydərƏliyevin anadan olmasının yüzilliyi münasibətilə söz və musiqisi bəstəkar ArzuSəmədqızına məxsus "Ulu Öndər" mahnısı "Birgə və Sağlam"İctimai Birliyinin bir qismi autizmli gənclərdən ibarət olan inklüziv "MaviÜrəklər" Xor və Ritm qrupunun solistləri - Kənan Məmmədov, Nuray Eynallı,Əlisahib Bayramovun ifasında təqdim olundu. Xalqının xilaskarı, müasir müstəqilAzərbaycanın qurucusu Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsini dərinehtiramla anırıq.